“İlham Əliyev ermənilərə nifrət hissini aşılaya bildi” - Erməni spiker

ilham-eliyev-ermenilere-nifret-hissini-asilaya-bildi-ermeni-spiker
Oxunma sayı: 702



Ermənistana səfər edən azərbaycanlı parlamentarilər onlar barədə yayılan yanlış məlumatlardan sonra naharda iştirakdan imtina ediblər. “Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçiriləcək 39-cu plenar iclasında iştirak etmək üçün həmin ölkəyə səfər edən azərbaycanlı parlamentarilərin “erməni soyqırımı qurbanlarının” Memorial kompleksini ziyarət etdikləri barədə xəbər yayılmışdı. Bu barədə jurnalistlərə açıqlama verən Ermənistan parlamentinin spikeri Samvel Nikoyan həmin yanlış məlumatdan sonra azərbaycanlı parlamentarilərin ümumi nahara gəlmədiklərini deyib: “Onlarda bizdən fərqli olaraq, ictimai əhval-ruhiyyə ermənilərlə çox isti münasibətləri olanlara qarşı kəskindir... İctimai rəy onları çox amansızcasına cəzalandıracaq”.

Nikoyan qeyd edib ki, hər bir ölkələrin deputatları müxtəlif beynəlxalq təşkilatlarda çox yaxınlaşır və dostluq edirlər. Ermənistan və Azərbaycan deputatları da istisna deyil. Hər iki ölkə parlamentariləri arasındakı münasibətlərə toxunan Nikoyan qeyd edib ki, onlar arasında normal insani münasibətlər var və bir çox məsələlərdə onların ümumi yanaşmaları var: “Ancaq Qarabağ probleminin həlli ilə bağlı bizim fərqli baxışlarımız var”.

Erməni spiker nümunə olaraq bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı PA-nın üzvü olan Azərbaycanlı deputatlardan birini bir neçə il əvvəl doğulduğu Sisian (əvvəlki Qarakilsə) rayonunda yerləşən kəndlərdən birinə ziyarət edərkən müşayiət edib.

Bundan başqa, Nikoyan bildirib ki, bir neçə il əvvəl Azərbaycan cəmiyyəti ermənilərə qarşı daha dözümlü idi, nəinki indi: “Əliyev cəmiyyətə ermənilərə nifrət hissini aşılaya bildi və təbii ki, deputatlar bundan kənarda qala bilməzlər”.

Səidə