“İlham Əliyev: - tərcümeyi-hal davam edir”

ilham-eliyev-tercumeyi-hal-davam-edir-
Oxunma sayı: 1143

“Qafqazinfo”nun məlumatına görə, dəyirmi masanın əsas müzakirə predmeti Azərbaycanın tanınmış yazıçı-dramaturqu, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun həmmüəllifi olduğu və Ukrayna dilində nəşr edilən "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabı olacaq. Xatırladaq ki, bu kitab 2007–ci ildə Moskvada məşhur “Moladaya Qvardiya “ nəşriyyatının “Görkəmli Adamların Həyatı" seriyasından olan “Tərcümeyi-hal davam edir” adlı yeni layihəsi əsasında ilk dəfə rus dilində işıq üzü görüb. “JZL” dünyada ən çox oxunan bioqrafik seriyadır. 1890-cı ildə F. Pavlenko tərəfindən yaradılan, 1933-cü ildən ömrünün sonunadək M.Qorkinin redaktorluğu ilə nəşr olunan bu seriyanın kitabları ənənəvi olaraq indi də dünya xalqlarının müxtəlif dillərinə tərcümə olunur.
“ İlham Əliyev” kitabı Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin təşəbbüsü və yaxından köməyi sayəsində Ukrayna dilinə tərcümə olunub.

Yüksək poliqrafik səviyyədə tərtibatla nəfis şəkildə nəşr olunan kitab haqqında Milli Məclisin komitə sədri, millət vəkili Eldar İbrahimov geniş məruzə ilə çıxış edəcək. Təqdimat mərasimdə Milli Məclisin deputatları Elmira Axundova, Rüfət Quliyev, Hacı İqbal Məmmədov və Azərbaycanın Ukraynadakı diasporasının nümayəndələri də iştirak edəcək.

Səidə