“İlham Əliyev getməyəcəkmi Fransaya?”

ilham-eliyev-getmeyecekmi-fransaya-
Oxunma sayı: 689

Bu günki sessiya elə bir dövrə təsadüf edir ki artıq 2012-ci il yeni tendensiya yaradır. Biz dünya tarixinə diktarorları, tiranları yıxan il kimi düşən 2011-ci illə xudahafizləşdik və 2012 –ci il yenidən ananos etdi ki dəyişikliklər davam edəcək. “Ərəb baharı” ilə başlayan proses Rusiya qışı ilə davam etməkdədir. Artıq demokratik proseslər MDB məkanına gəlib çatıb.
Biz İP olaraq böyük və güclü qonşumuzun-Rusiyanın demokratikləşməsində maraqlıyıq. Hesab edirik, Rusiyanın demokratikləşməsi həm Azərbaycanın, həm MDB məkanının demokratikləşməsinə tövhə verən hadisədir. Və biz İP olaraq Rusiyanın demokratikləşməsi üçün çalışan qüvvələrlə həmrəy olduğumuzu ifadə edirik.

Çox təəssüf ki ilin sonunda Azərbaycan cəmiyyətinin bir qisminin ümidlə gözlədiyi əfv fərmanı yenidən bu ümidlərin qırılmasına gətirib çıxardı. İlham Əliyev növbəti dəfə sübut elədi ki siyasi məhbusları daha uzun müddətə həbsxanada saxlamaq bilavasitə onun təşəbbüsüdür. Hətta hakimiyyət nümayəndələri olan adamlar da bu əfv fərmanı ilə nəhayət siyasi məhbus probleminin həll olunmasına tərəfdar olduqlarını bəyan etdikləri halda, son nəticə biz vicdan məhbuslarından birinin azad olunmasını gördük, digər həbsxanada qarşılamalı oldular. Ona görə də bu hal müəyyən yeni bir stiuasiya yaradır. Siyasi məhbus problemi bizim üçün ən önəmli işilərdən biri birincisi olub, amma hesab edirəm, İP daxildən silkələnib qərar verməlidir ki, bu məsələ artıq bizim hər günlük işimiz olmalıdır. Bir nömrəli işimiz də yox, günlük işimiz. Elə bu sessiyadan sonra bizim vətəndaş cəmiyyətinin ən müxtəlif strukturlarını toplayıb, siyasi məhbus probleminə daha ciddi necə təpkilər vermək olar onu müzakirə etməliyik. Biz bu məqsədlə ən müxtəlif kütləvi aksiyaları keçirməliyik. Vicdan məhbuslarını azad etmək bizim İP olaraq ən mühum prioritetimiz olmalıdır.

...Xaincəsinə qətlə yetirilmiş Rafiq tağının 40 oldu. Artıq qətlin iki ayın tamamlanır, amma bu qətlin də üstü açılmır, əksinə cəmiyyət narathatdır ki, cinayətin ört -basdır edilmə prosesi gedir.
Bu qətl baş verən kimi İP öz prinsipial mövqeyini bildirib,
onu Azad sözə qarşı, ölkənin demokratik qüvvələrinin birliyinə qarşı addım kimi kəskin pislədi. Qətllə bağlı bir çox versiyaların ola biləcəyini ifadə etdik, amma çox təəssüf ki, bəzən gedən ictimai diskussiyalarda o versiyalardan ancaq birinin üzərinə yüklənmək digər versiyaları arxa plana keçirir. Azərbaycan hakimiyyəti də bu haldan- öz məsuliyyətinin arxa plana keçirilməsindən çox məmnundur.
Xeyr, biz İP olaraq Azərbaycan hakimiyyətinin bu qətlə görə də məsuliyyətinin gündəmdən düşməyə qoymayacaq. Hesab edirəm, İP olaraq burdan bu qətlin üstünün açılmasını tələb etməklə bağlı çox açıq birmənalı mövqeyimizi qoymamalıq . Heç bir versiyanın unudulmasına imkan verməyəcəyik və heç kim buna görə arxayınlaşmasın. Azərbaycan cəmiyyəti əsl qatilləri görmək istəyir, onlar məsuliyyətə cəlb olunmalıdır. Bu bu gün baş verməsə də, sabahları bunu həyata keçirməliyik.

...Bir mühum məsələ ətrafında da sizinlə açıq danışmaq istəyirəm. Söhbət Fransada uydurma erməni soyqrımı ilə bağlı qəbul edilən, böyük fransız xalqına da yaraşmayan qanundan gedir. Bu qanunun Senantda təsdiqlənməsi nə qədər absurd görünsə də erməni genosidinə inanmayanların mühakimə olunmasından, külli miqdarda cərimə olunması deməkdir. Bu hal fkir və ifadə azadlığına qarşı və Fransa cəmiyyətinin geriyə doğru atılan addımdır.
Biz Fransanı həmişə özümüzə dost görmək istəmişik.
Biz İP olaraq AB-nə üzv olmağı hədəfləmişik. AB standartlarına uyğun islahatlar aparmaq istəyirik və təbii ki, onun da fərqindəyik ki, AB sütünlarından biri Fransadır. Amma Fransa da belə səhvi etməməlidir, Azərbaycan hakimiyyəti də öz susqunluğu ilə
Fransa hakimiyyətini bu yanlışa sövq etməməlidir.
Niyə azərbaycan hakimiyyəti susur, bu qanun qəbul ediləndən sonra azərbaycanlılar nə edəcəklər? İlham Əliyev getməyəcəkmi Fransaya? Gedəcəyi təqdirdə nə edəcək, qəbul edəcəkmi olmayan bir şeyi, ya məsuliyyətdən qorxub qondarma genosidi etiraf edəcək?
Hökumət nəsə etmir etməsin, bizim mövqeyimiz aydın olmalıdır. Biz hər zaman qardaş Türkiyə ilə birgə olmanın tərəfdarıyıq, amma açıq etiraf etməliyik bizim bu məsələdəki mövqeyimiz yalnız və yalnız qardaş Türkiyə olmaq naminə deyil. Bu qərar ilk növbədə Azərbaycanın maraqlarına yönəlib.
Təsəvvür edirsinizmi, bu qanun qəbul edilsə Fransa necə Mins qrupunda həmsədr olacaq, necə bizə sülh gətirə biləcək? Fransa necə tərəfsiz olacaq, necə biz ona inana biləcəyik?
Ona görə də biz aydın şəkildə müraciət etməliyik ki fransa xalqı da, siyasətçliləri də bilsinlər və nəzərə alsınlar: Əgər Azərbaycanın, Qarabağın, Türkiyənin maraqlarına qarşı yönəlmiş bu qanun qəbul olunarsa gələcəkdə Fransa şirkətlərinin Azərbaycanda milyardalar qazanması mümkün olmayacaq. Qanun qəbul olunarsa Minsk qrupunda Fransanın tərəfsiz həmsədrliyi mümkün olmayacaq. Və burdan İlham Əliyevə səslənib deyirəm: Nə vaxta qədər Qarabağın, Azərbaycanın, Türkiyənin strateji maraqları bir medalın girovluğunda qalacaq?

AB-ya yol

Biz hamımız eşitmişik ki, siyasət taktiki gedişləri, diplomatiyanı sevər. Amma inanın, tam səmimiyyətimlə deyirəm prinsipləri olmayan, dəyərlər üzərində qurulmayan manevrlər də, diplomatiya da heç kimə fayda verə biməz. Biz avropalı tərəfdaşlarımızla açıq olmalıdır. Bizim yolumuz AB-ə intqerasiya yoludur, amma biz avropaya milli kimliyimizlə, milli tariximizlə, dini inancımızla qürur duyaraq getmək istəyirik onları qurban vermək bahasına biz avropalaşmaq istəmirik.

***
2011-ci ilin bir nəticəsini də sizlə bölüşmək istəyirəm. 2011-ci ilə qədər Azərbaycandan bir illuziya vardır. İlluziya ondan ibarət idi ki, narazı insanları düşünürdülər ki, müxalidfətdəki qüvvələr bir araya gəlsin, fəal mübarizəyə başlasa azadlıqların önü açılacaq, dəyişikliklər baş verəcək. Ötən ildən müxalif qüvvəlrin
əsas özəyi bir araya gəldi. Fəal, fədakar mübarizəyə baş vuruldu. Yüzlərlə insan gedib həbs oldu, onların 17-i bu gün də həbsxanadadır, amma bu kifayət etmədi. Bax, 2012-ci ilin fəaliyyət proqramını bunun üzərindən inşa etməliyik ki, yalnız müxalifətin birliyi, fəaliyyəti yetməz, xalqın hamılıqla prosesə qoşulması lazımdır.
Biz xalq üçün mübarizə aparırıq amma bizim devizimiz
Xalq üşün xalqsız ola bilməz. Devizimiz xalq üçün xalqla birlikdə olmalıdır. Və bizim bu il əsas fəaliyyət istiqamətimiz xalqın ən geniş spektirini bu mübarizəyə cəlb etməklə bağlı olmalıdır. 2012- ci il xalqımızın böyük çoxluğu tərəfindən böyük ümid ili kimi qəbul edilib, bu il mübarizə vəd edir. Hamımız çalşmalıyıq ki, İP əsas məqsədlərinə nail olaq. Biz növbədənkənar parlament seçkilərin keçirilməsini, ölkədə köklü dəyşikliklərin həyata keçirilməısini əsas priopertə çevirməyi bacarmalıyıq.

...Azərbaycan cəmiyyəti 2011-ci ildə xeyli şəkilə təşkilatlanıb. Müxalifətdən kənarda da bəzi qüvvələr öz mövqelərini ifadə etməyə başlayıb. Amma bəzən çaşdırıcı fikirlər səsləndirir: guya Azərbaycan cəmiyyətində yeni yeni qüvvələrin siyasi meydana gəlməsi, guya kimisə- burdakılar işarə edilərək, narahat edir. Tam və açıq şəkildə İP adından bəyan edirəm: təki Azərbaycanda daha çox, yeni -yeni qüvvələr ədalət uğurunda mübarizəyə, bu rejimə qarşı mübarizəyə qoşusunlar. Biz bu mübarizəyə qoşulmuş Azərbaycan ziyalılarına,gənclərinə, vətəndaş cəmiyyətinə, bloqqerlərinə hər zaman dəstək vermişik. Bundan sonra onlara mənəvi, siyasi dəstək verəcəyik. Azərbaycandan köklü dəyişikliklər üçün mübarizə aparan hər kəsi özümüzə müttəfiq, yoldaş bilirik və onların hamısını köklü dəyişikliklər uğurunda mübarizəyə səsləyirik.
***
Bəzən hakimiyyətə yaxın media tərəfindən belə məsələ də gündəmə gətirlir ki, filan yerdə İP-ə alternativ yaradılır. Bu barədə də açıq fikirimizi ifadə etmək istəyirəm. İP alternativ yarana bilməyib bilməyəcək də. Ona görə yox ki, mən ölkənin proqressiv, demokratik qüvvələrinin burda olduğunu iddia edirəm. Xeyr, var qəbul edirik bunu.
Sadə səbəbdən İP-ə alternativ yaranmayacaq: əgər o qüvvələr rejimlə ədalət, azadlıq naminə mübarizə aparacaqlarsa biz onlara əlimizi uzadacaq, bizə münasibətindən asılı olmayaraq. Hakimiyyətlə ciddi, səmimi mübarizə aparanlarla dil tapacağıq, kompramis əldə edəcəyik. Çünki bizim üçün Azərbaycanın xilası bir nömrəli məsələdir. Ona görə də səmimi şəkildə kim mübarizə meydanına atılacaqsa xalqımız da biz də görəcəyik və onlarla rəqib yox, müttəfiq olacağıq. Yox əgər kimsə, müxtəlif yollarla hökumət sessenarilrində rol alıb oyun oynayacaqsa bu keçməyəcək. Cəmiyyət artıq müxalifətlə müxalifət rolu oynayanları yaxşı tanıyır. Ona görə narahat lazım deyil.
İP hakimiyyətin ciddi alternativdir, köklü dəyişikliklər burda olanların missiyasıdır. Biz bunu həyata keçirmək üçün ölkəmizi konsesnsisa gətirməliyik. Dəyişikliklər burda əsas ideya olmalıdır. Ən müxlətif formatlı diskussiyala dəyişikliklərlə bağlı ideyaları arxa plana keçirmə cəhdlərinə yol verməməliyik. Azərbaycanda 365 günün 365-də də gündəmdə bir məsələ olmalıdır: əzilən, soyulan, zülm olunan bu xalqın səfərbər olub rejimdən xilas olması. Bu məsələni gündənim 2-ci bənd məsələsinə çevirmək istəyən hər kəs, hansı bacı, qardaşımız olmasından asılı olmayaraq bizim təpkimizlə üzləşməlidir. Heç kimə imkan verməyəcəyik ki, hər hansı nəzəri mülahizələri, olmayan, şişirdilən təhlükələri rejimlə mübarizənin önünə keçirsinlər.
Bütün dünya təcrübəsi göstərir ki, Azərbaycandakı kimi avtoritar rejimlərdən xilasın bir yolu var: İdeoloji mövqeyindən- millətçi, dindar, solçu
ateist, sağçı asılı olmayaraq demokratiya və özgürlük istəyirsənsə dəyişikliklər üçün bir sırada yer almalısan. O dəyişikləri gerçəkləşdirməlisən, o zaman hər kəsin haqqı qorunacaq, hər kəsin hüquq təmin olmalıdır.
Biz İP olaraq, çox aydın şəkildə bəyan etməliyik :
Azərbaycan dövlətçiliyinə sadiq qüvvələrik. Bizim üçün
Bu dövlətin qurucularının qaldırdığı o bayraq müqəddəsdir. Bizim ideoloji təməlimiz o bayraqda əksini tapıb. Biz o bayraqda olan milli şüurumuzu, milli mənliyimizi ifadə edən dəyərlərə, bizim dini inancımıza
islam kimliyimizə və o cümlədən bizim çağdaş dövlət qurmaq istəklərlərnə sədaqətliyik. Biz heç kimin başqalarına qarşı dözümsüzlük şəraiti yaradılmasına biganə qala bilmərik. Hər kəsin bu ölkədə tənqid etmək və öz ideyalarını təbliğ etmək imkanı olmalıdır. Amma heç kimə öz mövqeyinə görə, tutduğu ideyaya, bəyəndiyi əqidəyə görə dözümsüzlük şəraiti yaradılmalıdır. İP olaraq düşünürük ki, bizim qurmaq istədiyimiz dövlətdə hər kəsin hüquqları təmin olunmalıdır.
Ateistin öz istədiyi kimi yaşayıb, öz fikirini ifadə etmə azadlığı təmin olunmalıdır. Nəinki islam dininə tapınanların, başqa din mənsublarının hamısının hüquq və azadlıqları təmin olunmalıdır. Hər kəsin inanca hörmət olunmalıdır və hər kəs də bilməlidir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlmandır,islam dininə tapınıb və biz bütövlükdə hədəf yanlış hesab edirik. Ayrı-ayrı adamların hərəkətləri tənqid və təhlil olunsun, amma bütövlükdə natamamlıq kompleksi yaranan hərəkətlərin genişləndirilməsini doğru hesab eləmirik.
Biz çağdaş, müasir hüquq dövlət qurmaq iddiasında olan qüvvəyik amma eyni zamanda nə tarximizdən, nə milli kimliyimiz dini kimliyimizdən utanmırıq, əksinə qürur duyuruq.