İlham Əliyev İrana gedir

ilham-eliyev-irana-gedir
Oxunma sayı: 637

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfər edəcəyi gözlənilir. APA-nın məlumatına görə, bu barədə İranın Fars agentliyinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib.

Nazir bildirib ki, prezident bu ilin avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, sammitin avqustun 26-31-də keçiriləcəyi gözlənilir.

Azərbaycan 2011-ci ilin may ayından Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür.

Hazırda təşkilata 120 dövlət üzvdür.