İlham Əliyev Polşa prezidenti ilə görüşdü

ilham-eliyev-polsa-prezidenti-ile-gorusdu
Oxunma sayı: 633

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 27-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olub.

Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan və Polşa prezidentlərinin müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin bu münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Polşa arasında bir sıra sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən enerji sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.