İlham Əliyev Putin və Medvedevi təbrik etdi

ilham-eliyev-putin-ve-medvedevi-tebrik-etdi
Oxunma sayı: 633

"Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə "Yedinaya Rossiya" Partiyasının qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin başçılıq etdiyiniz partiyanın seçkilərdə qələbəsi rusiyalıların Sizə yüksək etimadının, Sizin yürütdüyünüz, dinamik sosial-iqtisadi inkişafa, bütün sahələrdə demokratik dəyişikliklərin həyata keçirilməsinə, ölkədə qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinə onların sadiqliyinin təsdiqidir.
Əminəm ki, Azərbaycan ilə Rusiya arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri, hərtərəfli əməkdaşlıq xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Hörmətli Vladimir Vladimiroviç, Sizə, "Yedinaya Rossiya" Partiyasının bütün üzvlərinə xoşbəxtlik, uğurlar və firavanlıq diləyirəm" İlham Əliyevin Rusiyanın Baş naziri Putinə təbrik məktubunda deyib.

Prezident İlham Əliyev Dmitri Medvedevə təbrik məktubunda isə deyib:

"Hörmətli Dmitri Anatolyeviç, Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə siyahısına Sizin başçılıq etdiyiniz "Yedinaya Rossiya" Partiyasının qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Seçkilərdə qələbə Sizin həyata keçirdiyiniz, ölkədə dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatının bütün sahələrinin modernləşməsinə, dünya birliyində Rusiyanın mövqelərinin və nüfuzunun möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin dost Rusiya xalqı tərəfindən dəstəklənməsini bir daha nümayiş etdirdi.
Əminəm ki, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq, mehriban qonşuluq münasibətləri, çoxtərəfli əməkdaşlığımız və strateji tərəfdaşlığımız xalqlarımızın mənafeyi, regionda sülh, təhlükəsizlik və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Rusiya xalqına tərəqqi və firavanlıq diləyirəm".