İlham Əliyev Qırğızıstan prezidentini Azərbaycana dəvət etdi

ilham-eliyev-qirgizistan-prezidentini-azerbaycana-devet-etdi
Oxunma sayı: 645

“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanın dövlət başçısı Almazbek Atambayevi Qırğız Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Dövlətlərimiz arasında münasibətlərin yaxşı perspektivlərə malik olduğunu deyən prezident İlham Əliyev əminliyini bildirib ki, ölkələrimiz bir-birini daim dəstəkləyəcək.

İqtisadi əməkdaşlığın və humanitar əlaqələrin genişləndirilməsi üçün böyük işlərin həyata keçirilməsi imkanlarından danışan prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib.

Dövlətimizin başçısı Qırğızıstan Respublikasının prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olunub.