“İlham Əliyev Sarkozini döyməli deyil ki?..”

ilham-eliyev-sarkozini-doymeli-deyil-ki
Oxunma sayı: 666

“Son Günlər Türkiyə mediasında, xüsusilə “Yeni Şəfəq” qəzetində Azərbaycan prezidenti İlham Əliyevlə bağlı olmazın böhtanlar yer alır. O səbəbdən ki, nəyə görə ilham Əliyev Fransa parlamentinin qərarına münasibət bildirməyib”. “Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Aqil Abbas Türkiyə ilə Azərbaycanın diplomatik münasibətlərinin 20 illiyinə həsr olunan toplantıda çıxışı zamanı deyib. O bildirib ki, halbuki Azərbaycanın dövlət rəsmiləri, Ramiz Mehdiyev, Əli Həsənov səviyyəsində Fransanın bu addımı pislənilib: “Mən başa düşə bilmirəm, İlham Əliyev bundan artıq nə etməlidir, gedib Sarkozini döyməli deyil ki... Bir Azərbaycan qəzetində Ərdoğan, Gül haqqında bircə cümlə təhqir görə bilərsinizmi? Biz Ərdoğana, Gülə baş bakanımız, cümhurbaşqanımız deyə müraciət edirik. Sərkisyanla Gül bir yerdə çörək yeyəndə Azərbaycan mediası bircə cümlə təhqirə yol vermədi. Əgər bu gün “Yeni Şəfəq” İlham Əliyevi təhqir edirsə, başını daşa döyür. Biz belə yazılara cavab verməyəcəyik. Vəziyyətdən çıxış yolu kimi səfir Azərbaycanın ciddi jurnalistləri ilə görüş keçirməlidir”.