İlham Əliyev səngərdə - Fotolar

ilham-eliyev-sengerde-fotolar
Oxunma sayı: 2961

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki “N” saylı hərbi hissədə olub. “Qafqazinfo” Azərtaca istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Müdafiə naziri Səfər Əbiyev dövlət başçısına cəbhənin təmas xəttindəki mövcud vəziyyət barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyev xidmətdə fərqlənən bir qrup hərbçini medal və qiymətli hədiyyələrlə təltif edib.

Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çay süfrəsi arxasında hərbçilərlə görüşüb.