İlham Əliyev Sultana məktub göndərdi

ilham-eliyev-sultana-mektub-gonderdi
Oxunma sayı: 651

Dövlət başçısı məktubunda Ali Başçını və Malayziya xalqını milli bayram – Müstəqillik günü münasibətilə təbrik edib.

“Əminəm ki, Azərbaycan ilə Malayziya arasındakı münasibətlərin hərtərəfli inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişləndirilməsi yolunda bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”, - deyə dövlət başçısının təbrik məktubunda vurğulanıb.