İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

ilham-eliyev-umummilli-lider-heyder-eliyevin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 638

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, müxtəlif ölkələrin təmsilçiləri Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib.