“İlham Əliyevlə müzakirələri səbirsizliklə gözləyirəm”

ilham-eliyevle-muzakireleri-sebirsizlikle-gozleyirem
Oxunma sayı: 649

Avropa Komissiyasının rəhbəri qeyd edir ki, danışıqlarda tərəflər yaradılması yanvarda onun Bakıya səfəri zamanı razılaşdırıldığı və Aİ və Azərbaycanın ümumi strateji məqsədi olaraq qalan Cənub dəhlizi də daxil olmaqla hər şeydən əvvəl energetika sahəsində ikitərəfli münasibətlərin inkişafını müzakirə edəcəklər. J.Barrozu həmçinin danışıqlar zamanı Azərbaycanda siyasi islahatların və qanunun aliliyinin əhəmiyyətinə toxunacağına söz verib.

İlham Əliyev Brüsselə işgüzar səfəri zamanı həmçinin Avropa Şurası və Avropa Parlamentinin rəhbərləri, Şərq əməkdaşlığının genişlənməsi və siyasəti məsələləri üzrə Avropa komissarı ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev hazırda Brüsseldə səfərdədir.