İlham Əliyevlə Sarkisyan əlbəyaxa olub - Münaqişə

ilham-eliyevle-sarkisyan-elbeyaxa-olub-munaqise
Oxunma sayı: 1431




Ermənistanın “Jamanak” qəzeti dekabrın 19-da Moskvada MDB ölkələrinin 20 illiyinə həsr olunan tədbirdə Serj Sarkisyan və İlham Əliyev arasında toqquşma baş verdiyini yazıb. “Qafqazinfo”nun “Armenia Today” saytına istinadən verdiyi xəbərə görə, qəzet özünün Moskvadakı mənbələrinə əsaslanaraq bildirib ki, bayram tədbiri zamanı birlik üzvü olan hər bir ölkənin diplomatlarına medalların verilməsi nəzərdə tutulmuşdu. Bunun üçün isə MDB ölkələrinin bütün dövlət başçılarının razılığı lazım idi. Qəzetin yazdığına görə, nazir müavini Şavarş Koçaryanın namizədliyini irəli sürən Ermənistana növbə çatanda Azərbaycan prezidenti buna qarşı çıxıb və Şavarş medalsız qalıb.

Daha sonra isə masa arxasında İlham Əliyevlə Serj Sarkisyan arasında münaqişə yaşanıb: “İlham Əliyev Sarkisyanı “sən kimin namizədliyini irəli sürmüsən” deyə qınamağa başlayıb. Daha sonra isə əlavə edib ki, nazir müavininin Azərbaycan prezidentinin ünvanına səsləndirdiyi tənqidi qeydlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyəcək”.

Sarkisyan isə cavab olaraq bildirib ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri və Azərbaycan diplomatları öz bəyanatları ilə prosesə mane olurlar.

Qəzet iddia edir ki, “iş o yerə çatdı ki, Sarkisyan və Əliyev ayağa qalxaraq bir-birilərini itələməyə başladılar və döyüş mövqeyi tutdular. Lakin Rusiya prezidenti Medvedevin “cənablar, siz nə edirsiniz?” xəbərdarlığından sonra onlar öz yerlərinə qayıdıblar. Daha sonra isə İlham Əliyev “hələ görəcəksiniz, biz sizə nə edəcəyik” deyərək Sarkisyanı hədələyib”.

Məsələ ilə bağlı Ermənistan XİN-nin mətbuat xidməti isə məlumatı nə təsdiq, nə də inkar edib.

Səidə