İlham Mirzəyev “Space”dən küsdü

ilham-mirzeyev-spaceden-kusdu
Oxunma sayı: 1174

Məşhur aparıcı, psixoloq və astroloq İlham Mirzəyev efir məkanından uzaq düşüb. “Qafqazinfo”ya daxil olan məlumata görə, iki aydır aparıcının müəllifi olduğu “Etiraf” və “Bizi barışdırın” verilişlərinin çəkilişləri dayandırılıb. Bu verilişlər telekanala reytinq gətirdiyindən onların təkrarları efirə verilir. Çəkilişlərin dayandırılmasına səbəb isə aparıcının çəkilişlərə gəlməməsi olub. Telefon zənglərinə də cavab verməyən aparıcının “Spaçe”dən incik düşdüyü deyilir.

Məlum olub ki, İ. Mirzəyevi 12 ildir çalışdığı “Space”dən küsdürən prodakşınların telekanala ayaq açması və at oynatmasıdır. Vəziyyətlə barışa bilməyən İlham Mirzəyev də kənara çəkilməyi üstün tutub.

Nigar