İlhamə Avropanı yenidən heyrətləndirdi – Fotosessiya

ilhame-avropani-yeniden-heyretlendirdi-fotosessiya-
Oxunma sayı: 658

Azərbaycanı Avropada tanıdan müğənnimiz İlhamə Qasımova Avropa turnesi çərçivəsində daha iki konsertini uğurla başa vurub. “Qafqazinfo”nun məlumatına görə, müğənninin Almaniyanın iki şəhərində keçirdiyi konsertləri də anşlaqla keçib. Almaniyanın məşhur konsert zallarının veb saytlarında artıq müğənnimizin konsertlərinin fotoları və bu barədə məlumatlar yerləşdirilib. Həmin məlumatlarda İ. Qasımovanın fevral ayının 10-da Almaniyanın Lubeck şəhərində, “Muzikpark” da DJ OGB ilə birgə verdiyi konsertinin 1700 fanatının alqış sədaları ilə başa catdığı bildirilir. Müğənninin bu konsertində lazer-şou da təşkil olunub.

İ. Qasımovanın fevralın 11-də Ludwiqshafen-də, “Muzikpark”dakı konsertinə isə 3000-ə yaxın avropalı fanat qatılıb. Sevənlərini möhtəşəm konsert proqramı ilə heyrətləndirən İ. Qasımovanın bu çıxışı tamaşaçı coşqusu ilə qarşılanıb. 3000-ə qədər tamaşaçının izlədiyi bu konsertin sonunda maraqlı anlar yaşanıb. Fanatları azərbaycanlı müğənnini konsert zalını tərk etməyə qoymayıblar. Avtoqraf almaq üçün yüzlərlə tamaşaçının növbəyə düzüldüyünü görən İ. Qasımova avropalı pərəstişkarlarına avtoqraf vermək üçün bir saatdan çox konsert salonunda albomların üzərinə imzasını yazmalı olub.

Nigar