İlhamə boşanmağı haqqında açıqlama verdi

ilhame-bosanmagi-haqqinda-aciqlama-verdi-
Oxunma sayı: 653

İlhamənin sözlərinə görə, ərinin bəzi problemləri olub: "Bu, məni onu tərk etməyə məcbur etdi. Çox yumşaq insan olsam da, hərdən mən də sərt ola bilirəm. Ərimi özüm tərk etmişəm və bundan peşman deyiləm".
Müğənni indi özünə daha uyğun kişi ilə rastlaşdığı üçün çox xoşbəxt olduğunu bildirib: "Əsas odur ki, həyatımda sevgi var. O, məndən 14 yaş böyük olsa da, məhz arzuladığım insandır: güclü, ağıllı və ciddi. O, məni hər şeydə dəstəkləyir və öz üzərimdə işləməyə məcbur edir. Biz sadəcə bir-birimizə hörmət edirik və odur ki, xoşbəxtik. İndi mənim övladdan başqa hər şeyim var. Həmişə ana olmağı arzulamışam. Yəqin Allah nə vaxtsa yol verdiyim günahlara görə, məni cəzalandırır. Ola bilsin, nə vaxtsa məni bağışlayacaq və mənim də övladım olacaq".

Minə