İlhamə maliyyə mənbəyini açıqladı – Müsahibə

ilhame-maliyye-menbeyini-aciqladi-musahibe
Oxunma sayı: 669

Avropada silsilə konsertlər verən gənc müğənnimiz İlhamə Qasımova Avropa turnesini başa vuraraq vətənə dönüb. Müğənni konsert təəssüratlarını “Qafqazinfo” ilə paylaşaraq gələcək planları barədə danışıb.

- İlhamə, Avropada konsertlərin möhtəşəm keçdi. Özünün necə ürəyincə oldu?

- Çox gözəl keçdi. Ən əsas çox böyük təcrübə əldə etdim. Hər sonrakı konsertdə öncəkindən daha inamla, daha sərbəst çıxış edirdim. Amma hər şey çox professional şəkildə təşkil olunduğu üçün mən heç bir çətinlik hiss etmədim.

- Avropada qısa zamanda tanınmaq və konsert vermək hər gənc müğənninin işi deyil. Avropada bu qədər fanat ordusunun sizi qarşılayacağına inanırdınızmı?

- Bir az gözləyirdim doğrusu. Çünki böyük reklam kampaniyamız var idi. Mahnım və klipim top 10-luğa düşdü. Bütün bunlar əlbəttə ki, öz rolunu oynayır. Həm niyə də olmasın. Mən heç bir müğənnidən özümü əskik saymıram. Səs imkanlarım mənə bu şansı qazanmaq imkanı verib. Demək fanat ola da bilər. Amma mən onlara fanat yox mahnımı, ifamı bəyənən insanlar deyərdim.

- Artıq "Bei mir bist du scheen" mahnın Avropada dillər əzbəridir. Yeni mahnılar üzərində işləyirsən?

- Bəli, yeni mahnılar olacaq. Ola bilsin ki daha bir singl olsun, sonrasında bu mahnının satışı. Reklamından asılı olaraq albom da çıxartmaq olar.

- Avropada konsertlərinə yazdırdığın mahnılara və kliplərinə maliyyə dəstəyini haradan alırsan? Avropada hansı şirkətlə müqavilə əsasında çalışırsan?

- Mən “Universal” şirkəti ilə müqavilə bağlamışam və “Universal Twenty for seven”, “Grafton Holdinq” şirkətlərinin maliyyə dəstəyi ilə bütün bu işlər həyata keçir.

- Azərbaycandakı fanatların üçün də belə konsertləri nə zamana düşünürsən?

- Çox istərdim burda da konsertim olsun. Amma Azərbaycanda konsert verməyə hələki vaxtım yoxdur. Dəqiq vaxt söyləyə bilmərəm. Ya bu il, ya da gələn il ərzində konsert ola bilər.

Nigar