Bilicilər Nabranda yarışacaq

biliciler-nabranda-yarisacaq
Oxunma sayı: 653

Bilicilər güclərini fərdi oyun (red. Своя игра, Jeopardy) üzrə bilik yarışmasında sınayacaqlar. Oyun bu dəfə Bakının mərkəzində deyil, Azərbaycanın əsrarəngiz guşələrindən biri olan Nabranda keçiriləcək. Fərdi oyun üzrə suallar paketinin müəllifi “Diplomat” komandasıdır. Bilicilər turnirin qeyri-rəsmi hissəsində Nə?Harada?Nə zaman? oyunu üzrə də biliklərini sınayacaqlar.

2 gün ərzində iştirakçılar həm öz biliklərinin səviyyəsini yoxlayacaq, həm də istirahət edəcəklər. Yarışın sonunda turnirdə ən güclü bilicinin adı məlum olacaq.

Təşkilat haqqında:
Xəzər İntellektual Gənclər Klubu 2001-ci ildə yaradılıb. Klubun yaradılmasının və fəaliyyətinin əsas məqsədi ölkədə Azərbaycan dilində intellektual oyunlar hərəkatının inkişafını təmin etməkdir. Xəzər İntellektual Gənclər Klubu hal-hazırda BDU, ATU və Bakı Slavyan Universitetində fəaliyyət göstərir. Oyunlar hər şənbə və bazar günləri təşkil olunur. Qeyd edək ki, Xəzər İntellektual Gənclər Klubu 10 illik yubileyini qeyd edir və bu il təşkil olunan bütün yarışlar bu tarixin qeyd olunmasına yönəldilib.