Bilik Fondu Azərbaycan Universitetində mühazirə təşkil edib

bilik-fondu-azerbaycan-universitetinde-muhazire-teskil-edib
Oxunma sayı: 1232

Azərbaycan Universitetində Ümumdünya Diabet Günü ilə bağlı “Diabet riski yaradan həyat tərzi” mövzusunda mühazirə təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə təşkil olunan mühazirəni Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Şəhla Mirzəzadə aparıb.

“Qafqazinfo” xəbər verir ki, Bilik Fondunun məsləhətçisi Aytən Xubanova tələbələrə qurumun fəaliyyəti və müxtəlif sahələr üzrə həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında məlumat verib. Bildirilib ki, fondun əsas fəaliyyət istiqamətlərindən biri gənclərin tibbi maarifləndirilməsidir.

Şəhla Mirzəzadə qeyd edib ki, Diabet qeyri-infeksion xəstəliklər arasında 4 ən geniş yayılmış xəstəlikdən biridir və qeyri-sağlam həyat tərzi xəstəliyin ortaya çıxmasının başlıca səbəbidir. Düzgün qidalanma və düzgün həyat tərzi xəstəliyin qarşısını alan əsas amillərdəndir.

Sonda tələbələrin sualları cavablandırılıb, mühazirə ətrafında fikir mübadiləsi aparılıb.