“Bilirik ki, Bakıda çətin olacaq” - “Şerif”in baş məşqçisi

bilirik-ki-bakida-cetin-olacaq
Oxunma sayı: 1814

“Bu gün vəzifəmizi yerinə yetirdik. Bu, əsasdı. Daha çox qol vura bilərdik”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri "Şerif"in baş məşqçisi Qoran Sabliç bildirib.

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab matçı öncəsi çempionatda “Dinamo-Avto”yla evdə 2:0 hesabıyla qalib gəldikləri qarşılaşmanı dəyərləndirən xorvatiyalı mütəxəssis az oyun praktikasına malik futbolçulara şans verdiklərini söyləyib: "Eyni zamanda son vaxtlar çox oynayanlara istirahət verdik. Bu, cümə axşamı keçirəcəyimiz matç öncəsi vacibdi. Çempionat matçının ertəsi günündən həmin qarşılaşmaya hazırlığa başlayacağıq".
 
Sabliç "Qarabağ"la cavab matçı öncəsi komandada yaxşı əhval-ruhiyyənin olduğunu söyləyib: "Hamı başa düşür ki, bizi pley-off mərhələsində ikinci matç gözləyir. İlk qarşılaşmada yaxşı nəticə qazandıq. Bu, bizə imkan verir ki, növbəti mərhələyə keçmək haqda düşünək. Başa düşürük ki, Bakıda çətin olacaq. Ancaq inanıram ki, həm yaxşı fiziki, həm də psixoloji durumda yaxşı olacağq. Hazırlaşırıq"..
 
"Şerif"in baş məşqçisi Bakıda oynamayacaq belaruslu yarımmüdafiəçi Yuri Kendişini kiminlə əvəzləyəcəyi haqda düçündüklərini bildirib: "Bu matçda meydaa çıxanlar bəziləri uranl əvəzləyi bilər. Bu, asan olmayacaq. Ancaq fikrimcə, vəzifəni yerinə yetirə bilərn varinatı və futbolçunu tapacağıq. Meydana çıxacaq istənilən istəyini göstərməli, konsetrasiya olmalıdı. Fikrimcə, hər şey normal olacaq".