Bill Qeyts gecə klubunda belə əyləndi - Video+ Yenilənib

bill-qeyts-gece-klubunda-bele-eylendi
Oxunma sayı: 2212

“Microsoft”un qurucusu Bill Qeyts Mayamidə gecə klublarından birində gənc qızlarla əylənib.

“Qafqazinfo”nun “StarHit” portalına istinadən verdiyi xəbərə görə, 5 qızla rəqs edən 63 yaşlı milyarder klubu gecə saatlarında tərk edib.

Onun bu görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra izləyicilər arasında fikir ayrılıqları olub. Belə ki, əksər insan uzun illərdir işləyən və təkbaşına uğur əldə edən Qeytsin də istirahətə ehtiyacı olduğunu bildirsələr də, onu tənqid edənlər də olub.

***

İş adamının Mətbuat xidmətindən bildirilib ki, o, həqiqətən də klubda olub. Qeyd olunub ki, biznesmenin böyük qızı idman yarışında qalib gəlməyi münasibətilə sözügedən məkanda əyləncə təşkil edib. Qeyts isə həmin anda qızının yanında olmaq istəyib.