Billatın “Qarabağ”a keçidi baş tutmadı

billatin-qarabaga-kecidi-bas-tutmadi
Oxunma sayı: 1178

Dino Ndlovunu Çinin I Divizionunda çıxış edən “Hançjou Qrintaun” klubuna satan “Qarabağ” hücumdakı boşluğu doldurmaq üçün Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun forvardı Xama Billiatla danışıqlar aparırdı.

“Qafqazinfo” xəbər verir ki,  Ağdam təmsilçisinin transfer hədəfində olan futbolçunun ölkəmizə gəlişi baş tutmayacaq. Bu barədə CAR mətbuatı məlumat yayıb. Məlumatda qeyd edilib ki, zimbabveli futbolçunun mövsümün sonuna kimi klubunda qalacaq. Billiatla bu ölkənin digər klubu – “Orlando Payrets” də maraqlı idi. Lakin Xama təkliflərə isti yanaşmayıb.
 
Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq. 27 yaşlı oyunçu universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.
 
Qeyd edə ki, Xama Billiat 2013-cü ildə "Mamelodi Sandaunz"da çıxış edir. O, 2011-ci ildən Zimbabve millisinə dəvət alır.