“Bilməzdim bilirəm”in klipi çəkildi - Fotolar

bilmezdim-biliremin-klipi-cekildi-fotolar
Oxunma sayı: 677

İfaçının “Araz” radiosuna verdiyi məlumata görə, artıq klipin çəkilişləri başa çatıb. “Bilməzdim bilirəm” mahnısına çəkilən klipin ssenari müəllifi və rejissoru Nail Naiboğlu, quruluşçu operatoru isə Elmir Süleymanovdur. Ekran əsərinin çəkilişləri bir gün aparılıb. Klip Bakı şəhərində yaşayış olmayan məkanlardan birində lentə alınıb. Yaşarın sözlərinə görə, ekran əsərində bir məkan və bir geyimdən istifadə edilib. Məhəbbət mövzusunda olan “Bilməzdim bilirəm” mahnısının klipi də elə eyni mövzuda ekranlaşdırılıb: “Klipin süjet xətti var. Burada sevgilisindən ayrılan gənc oğlanın xəyalında onu canlandırmasından bəhs edilir. Daha geniş informasiyanı isə kliplə tanış olandan sonra əldə edəcəksiniz”. Müğənni klipdə skripka ifaçısı Səlim və “Ad Gloriam” rok qrupunun da iştirak etdiyini bildirdi. Yaşar “Bilməzdim bilirəm” mahnısına çəkilən klipin yaxın günlərdə media nümayəndələrinə təqdim ediləcəyini də əlavə etdi: “Səlim və rok qrup mahnının müəyyən hissəsində istifadə edilən alətlərin səsləndirilməsində yer alıb. Qeyd edim ki, “Ad Gloriam” rok qrupu hazırda “Avroviziya-2012” manı müsabiqəsinin milli seçim turlarının iştirakçısıdır. Klip hazırda montajdadır. Yeni il ərəfəsində klipin təqdimat mərasimi keçiriləcək”.

Müğənni həmçinin yeni sayt və fotosessiyasının da elə klipin təqdimat günündə jurnalistlərə nümayiş etdiriləcəyini bildirdi: “www.yashar.az saytı da yeni formatda hazırlanır. Fotosessiyanın çəkilməsi üçün isə qarın yağmasını gözləyirik”.

Qeyd edək ki, “Bilməzdim bilirəm” mahnısının sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur.