“Bilmirəm, başqa hansı ölkədə buna rast gəlinir” - Prezident

“Bilmirəm, başqa hansı ölkədə buna rast gəlinir”
Oxunma sayı: 3063

“Bilirsiniz ki, bu yaxınlarda minimum əmək haqqının qaldırılması ilə bağlı çox ciddi addım atıldı. Digər sosial yönümlü addımlar atıldı. Nəyin hesabına biz buna nail ola bilmişik? Ona görə ki, bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq hesabına, düzgün yanaşma hesabına əldə edildi. Bizə əlavə maliyyə resursu yarandı”. 

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev Real TV-yə müsahibəsində bildirib ki, bu maliyyə resursunu müxtəlif istiqamətlərə -  rezervlərin artırılmasına, infrastruktur layihələrinin icrasına yönləndirmək olardı:

“Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları ilk növbədə vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlməlidir. Bunu da biz etdik. Bundan sonra da güclü sosial siyasət bizim gündəliyimizə ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır. 

Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Atdığımız addımlar dediklərimizi sübut edir. İmkanlarımız artdıqca, ilk növbədə bu gün hələ də ağır, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq nəzərdə tutulur. Bu istiqamətdə son illər çox böyük işlər görülüb. 

Köçkünlər üçün 100-dən çox şəhərcik tikilib. Mən bilmirəm, başqa hansı ölkədə buna rast gəlinir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir.

Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi