İlqar Altaydan QHT-lərin konfransına – etiraz

ilqar-altaydan-qht-lerin-konfransina-etiraz-
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, İlqar Altay “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” mövzusunda keçirilmiş konfransın dövlətçilik və vətənciliyə xidmət kimi ali ideyalara həsr olunmasına baxmayaraq, belə bir ümumazərbaycan yığıncağına bir sıra tanınmış QHT-lərin dəvət olunmamsını təşkil işlərindəki qüsur kimi qeyd etdi: “ İllərlə fəaliyyətini dövlət və vətəninin təəssübünü çəkməkləmilli mənafeyə həsr etmiş, müxtəlif araşdırmaları ilə ölkə və beynəlxalq mətbuat səviyyəsində tanınan aktiv, nəhayət ən azı rəsmi dövlət qeydyyatından kecmiş QHT-lər bu tədbirdən kənarda saxlanıblar. Belə bir ayrı-seçkilik fonunda tədbirdə QHT-lərin birliyindən, QHT-lərin hökumətlə tərəfdaşlığından, onların vətəndaş cəmiyyəti formalaşmasında ali icraçı rolundan danışılıb, ölkə QHT-ləri adından beynəlxalq səviyyəli bəyanatlar verilib. Həqiqətən, təəssüfdoğurucudur.

Qeyd edim ki, vətəndaş cəmiyyətinin formalaşması üçün ilk növbədə cəmiyyətin özündə birlik yaratmaq lazımdır, nəinki süni parcalanma yaratmaq. Bu günkü cəmiyyətin əsas hərəkətverici qüvvəsi, qeyri-hökumət təşkilatlarıdır, onların tutduğu mövqedir, aktivliyidir. Onlar xalqa daha çox yaxın olub, onu da cox tərənnüm etməklə yaxın gələcəkdə hökuməti də, siyasi partiyaları da önləyə biləcəklər. Həm dövlət idarəçiliyində, həm də ümummilli məsələlərdə. Söhbət əlbəttə ki, müstəqil, vicdanlı və vətənpərvər QHT-lərdən, onların birliyindən gedir.

Mən bütün bunları xüsusilə, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və Prezident Adminstrasiyası İctimai-siyasi Şöbəsinin müdiri Əli Həsənov cənablarının nəzərinə çatdırmaq istərdim. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti Konstitusiya üzrə hökumət rəhbəri və iqtidar partiyası sədri olmaqdan daha öncə, dövlət başcısıdır. Dövlət başçısı funksiyası burada mütləq prioritet təşkil edir, etməlidir. Əgər biz həqiqətən dövlətimizə qanuni, sayqılı dövlət kimi baxırıqsa, oyuncaq nəzərindən yox. Ona görə də hökumətin naziri və ya YAP funksionerindən fərqli olaraq, ümumi dövlət adından çıxış edən Prezident Adminstrasiyasının nümayəndəsi və ya Prezident yanındaki ictimai qurum rəhbəri cəmiyyətə münasibətdə daha cox tərəfsizlik, qeyri-bölücülük, yəni barışdırıcı birlik mövqeyi nümayiş etdirməyə borcludurlar.

Məsələn, bir az haşiyə cıxsaq, YAP icra katibi Səyavuş Novruzovun rəqib müxalifət partiyası və yaxud, Vergilər Nazirliyi nümayəndəsinin vergini ödəməyənlər haqqinda tərəfli, kəskin cixişi heç təəccüb doğurmur. Amma ümumi dövlət adından, Prezident Adminstrasiyası adından çıxıb cəmiyyətin hansısa təbəqəsini rəqib görmək, bu, qəbuedilməzdir. Çünki dövlət ümumi olaraq hamınındır.

Biz bir cəmiyyət olaraq tamamliə fərqli mahiyyət və təyinatlı bu 3 funksiyanı beynimizdə qarışdırdıqca və hakimiyyət nümayəndələri “iqtidar partiyası”, “hökumət” və “dövlət” anlayışları arasındakı sərhəddi müəyyənləşdirməyin fərqinə varmadıqca özümüz haqqında nəinki vətəndaş cəmiyyətinin, hətta dövlətciliyin formalaşmamasi təssüratını yaratmış oluruq. Bunun üçün öncə, düşünürəm ki, cəmiyyətdə maarifləndirmə aparılmalıdır. Bunun üçün iqtidar nümayəndələri də xüsusi mental hazırliq kursu keçməlidirlər ki, hər bir məmur zaman və məkanından asılı olaraq özünü çevik halda YAP-ın, hökumətin və ya ümumi dövlətin nümayəndəsi roluna uyğunlaşdıra bilsinlər. Bu, tədqiqatcı hüquqşünas kimi mənim mövqeyimdir”.