“İlqar Ibrahimoğlu “real müxalifətçi”lərin mənəvi atasına cevrilib”

ilqar-ibrahimoglu-real-muxalifetcilerin-menevi-atasina-cevrilib
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Partiyanın mətbuat xidmətinə açıqlamasında BAXCP sədri son vaxtlar xaricdən idarə olunan “din təəssübkeşləri”nin xeyli fəallaşdığını bildirib: “Bunu görən və nəyin bahasına olursa-olsun hakiniyyətə gəlmək istəyən “real demokratlar” da həmin şəxslərdən faydalanmaq fikrinə düşüblər. Bu motivlə də onların təbligatçısına cevriliblər. Cənubi Azərbaycanda öz hüquqları ugrunda mubarizə aparan soydaslarımıza qarşı yürüdülən repressiyalara haqq qazandırmaq ücün onları “seperatçı” adlandıran İlqar Ibrahimoglu özlərini “real müxalifətçi” adlandıranların mənəvi atasına cevrilib. "Azadlıq" ve “Yeni Müsavat" qəzetləri isə onların ruporuna. Qənimət Zahid Əli Kərimliyə istinad edərək yazır ki, “Allahu Əkbər sədalarından yalnız zalımlar qorxur”. Təəssüf k, bu zaman eyni sədalar altında dini ekstremistlərin Əfqanıstanda budda abidələrini, dunyanın muxtəlif yerlərində məscidləri, kilsələri, günahsız insanları hətta özləri ilə birlikdə necə partlatdıqlarını unudurlar. Mən təəssuf hissi ilə qeyd etmək istəyirəm ki, özünü dunyəvi dövlət tərəfdarı adlandıran bəzi jurnalistlər də hakimiyyət uğrunda mübarizəyə elə cəlb olunub ki, "Aşura dövlət səviyyəsində qeyd olunmalıdır" deyənlərin “hicabını cixarmağı” özlərinə aid iş hesab etmirlər.

Əgər demokratik qüvvələr dinin siyasiləşməsinin qarşısında qətiyyətlə dayanmasa yaxın gələcəkdə biz demokratiyanın genişlənməsi barədə düşünməyib, hakimiyyətə can atan dini ekstremistlərlə küçələrdə, barrikadalar arxasında üz-üzə gələcəyik. Allah bizi o gündən qorusun”.