Bilyard klubu partladıldı – 81 ölü

bilyard-klubu-partladildi-81-olu
Oxunma sayı: 648

Anspress-in Associated Press-ə istinadən verdiyi məlumata görə, ölkənin müxtəlif ərazilərində baş verən terror aktları nəticəsində 115 nəfər ölüb.

Ölkənin cənub-qərbindəki Keta şəhərindəki böyük bilyard klubunda baş verən iki partlayış nəticəsində 81 nəfər ölüb, 120-dən çox adam yaralanıb. İkinci partlayış birincidən beş dəqiqə sonra baş verib və binanın damının uçmasına səbəb olub. Həlak olanlar arasında ilk partlayışdan sonra hadisə yerinə gələn polis əməkdaşları, xilasedicilər və jurnalistlər də olub.

Ötən gün Pakistanda daha iki terror aktı törədilib. Onlardan biri Ketanın tiarət rayonunda baş verib. Hadisə nəticəsində 12 nəfər ölüb, 40 adam xəsarət alıb. Minqor şəhərində isə məscidə terror hücumu olub, 22 nəfər ölüb, 70-dən çox adam yaralanıb.