İlyas İsmayılovun oğlu azadlıqda - Fotolar

ilyas-ismayilovun-oglu-azadliqda-fotolar
Oxunma sayı: 906

“Qafqazinfo” “Xural”a istinadən xəbər verir ki, 3 ildən çoxdur ki, Rusiyanın Çelyabinsk şəhərində həbsxana həyatı yaşayan Etimad İsmayılov həbsxanadan azadlığa buraxılıb. Bu haqda redaksiyamızı Etimad İsmayılovun yaxınları məlumatlandırıb. Məlumatı alan kimi Etimad İsmayılovun atası, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovla əlaqə saxladıq və İlyas İsmayılov xəbəri təsdiqlədi. XuralTAC-a daxil olan məlumata görə, Etimad İsmayılovun həbsdən azadlığa buraxılması xəbərini Rusiyanın ura.az saytı da geniş işıqlandırıb. Ura.az saytının yaydığı xəbərə görə, Etimad İsmayılov həbsxanadan azadlığa buraxılandan sonra da Çelyabinskini tərk etməyəcəyini bildirib. E.İsmayılov Çelyabinskdə qalacağını, buradakı korrupsiyaya qarşı mübarizə aparacağını söyləyib. O, həmçinin hər addımbaşı pozulan insan hüquqlarının da müdafiəsi üçün çalışacağının anonsunu verib.

Xatırladaq ki, №540368 saylı cinayət işi 24 avqust 2006-cı ildə qaldırılmış, bu cinayət işi Rusiya FSB-sinin Çelyabinsk şəhər şöbəsi tərəfindən davam etdirilmiş, E.İsmayılova 8 il həbs cəzası verilmişdi.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov oğlu Etimad İsmayılovun azadlığa buraxılması ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. İlyas İsmayılov bildirib ki, oğlu dünən azadlığa buraxılıb, lakin pasport problemləri olduğu üçün hələ də Rusiyadadır. Onun sözlərinə görə, Etimad İsmayılovun işi yenidən baxılması üçün təkrar istintaqa göndəriləcək.

Qeyd edək ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülmüşdü.