İmişlidə aksiya olacaq

imislide-aksiya-olacaq
Oxunma sayı: 661

Bu barədə Müstəqil İnformasiya Agentliyinə AMİP İmişli Rayon Təşkilatının sədri Tapdıq Həsənov məlumat verib. Onun sözlərinə görə, son vaxtlar partiya üzvləri rayonda açıq şəkildə təhdid olunurlar: «Partiyamızın üzvlərinə rayonda açıq şəkildə təzyiqlər olunur, onlar təhdid olunurlar. Artıq elə bir vəziyyət yaranıb ki, mənim müavinim Vaqif Murtuzayevin əmlakını da talan ediblər. İcra orqanları məhkəmələrə təzyiqlər göstərərək, onun təməl hüquqlarını bərpa etməyə də imkan vermirər. Bu və ya buna bənzər hadisələr çoxaldığından Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayevə rəsmi müraciət edərək, 50 nəfərlik piket keçirməyimizə icazə istəmişik».

Təşkilat sədri deyib ki, piketi aprelin 19-u, saat 12.00-dən 13.00-dək davam etdirəcəklər: «İcra hakimiyyəti göstərilən müddətə cavab verməzsə, o zaman mövcud qanunlardan istifadə etməklə, etiraz aksiyamızı keçirəcəyik».