İmişlidə vəziyyət gərgin olaraq qalır - Fotolar

imislide-veziyyet-gergin-olaraq-qalir-fotolar
Oxunma sayı: 677

Cəmiyyətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sakinlər öz müraciətlərində 2010- cu ilin yazında sel daşqınları və qrunt sularının təsiri nəticəsində evlərinə və təsərrüfatlarına ziyan dəydiyini və dəyən ziyanın bu günə qədər həll edilmədiyini bildirirdilər. Məktubda eyni zamanda qeyd olunurdu ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq şikayətçilərin probleminə adekvat reaksiya olmayıb.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri İmişliyə səfər edərək müraciət müəllifləri ilə görüşüblər. Görüşdə vətəndaşları narahat edən problemlər dinlənilib. Onların istəkləri və iştirakları ilə rayonun özündə və ətraf kəndlərdə evlərə, təsərrüfatlara baxış keçirilib. Evlərin hazırkı durumu fotolentə köçürülərək siyahıya alınıb.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ötən ilin yazında İmişlidə sel daşqınları və qrunt sularının təsirinə məruz qalmış, baxış keçirdiyi evlərin siyahısını bu gün Fövqəladə Hallar Nazirliyinə təqdim edib. Yaxın günlərdə ziyan dəymiş evlərə FHN mütəxəssisləri ilə “Kür” Qərargahı üzvlərinin birgə baxış keçirəcəyi nəzərdə tutulur.