İmişlidə yaşayan fransız xanım Sarkozi ilə görüşə bilər

imislide-yasayan-fransiz-xanim-sarkozi-ile-goruse-biler
Oxunma sayı: 689

İvonna Botto Janın ölkəsinə qayıtmaq istəyi də təmin olunub və onun yaxın vaxtlarda Fransaya qayıdacağı gözlənilir.

Xatırladaq ki, İvonna Botto Jan bir neçə ay öncə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək 2010- cu ilin yazında baş verən daşqınlar zamanı qəzalı vəziyyətə düşən evinin tikilməsi və öz vətəninə getmək arzusunu özündə ehtifa edən məktubunu ölkə prezidenti və Fövqaladə Hallar nazirinə çatdırılmasını xahiş etmişdi. Bir neçə gün öncə fransız İvonna xanımın övladlarının “Kür” Qərargahına verdiyi məlumata görə, aidiyyatı qurumlar onun müraciətinə müsbət reaksiya verərək qəzalı evinin tikintisinə başlayıblar. Tikinti Fövqaladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.

Fatimə Kərimli