İmzalar spikerə təqdim olundu

imzalar-spikere-teqdim-olundu
Oxunma sayı: 644

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, C. Çiçəklə keçirilmiş görüşdə Dünya Azərbaycanlıları Konqresi sədrinin müavini Asif Qurban Azərbaycan rəhbərliyinin qondarma “erməni soyqırımı” məsələsində qardaş Türkiyə ilə birlikdə olduğunu göstərən bəyanatları xatırladıb, qardaş ölkənin parlamentində Xocalı soyqırımının tanınması məsələsini də qaldırıb. XX əsrin ən ağır cinayətlərindən biri olan Xocalı qətliamı haqqında broşürlər və kompakt disklər parlamentin spikeri və siyasi partiyaların qrup sədrlərinin müavinlərinə təqdim olunub.