Binada yanğın, sakinlər təxliyyə olundu

binada-yangin-sakinler-texliyye-olundu
Oxunma sayı: 636

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.
 
Beşmərtəbəli yaşayış binasının girişində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və giriş-çıxış kabeli 2 p.m. yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.