“Binamızın altını qazdılar, qəza vəziyyəti yarandı” - Video

binamizin-altini-qazdilar-qeza-veziyyeti-yarandi
Oxunma sayı: 1488

Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yaşayan sakinlərin binasının altını onlardan icazəsiz qazıblar. 

Bina sakini Ələkbərova Müşkünaz “Qafqazinfo”ya müraciətində bildirib ki, ötən gün axşam saat 7-də qəflətən gəlib binanı altını qazdılar: “İkimərtəbəli bina artıq çökməyə başlayıb. Hər an uça bilər. Camaat gecəni küçədə qalıb. Binanın yerində hündürmərtəbəli bina tikmək istəyirlər. Əgər  “FF” MTK  sakinlərlə görüş keçirib razılıq əldə etsəydi, heç kim binanın sökülməsinə etiraz etməyəcəkdi.   

Polisə, Fövqəladə Hallar Nazirliyinə də müraciət etmişik. Ancaq onlar da bir şey edə bilmirlər. Xahiş edirik ki, aidiyyatı qurumlar bizim problemimizi həll etsinlər. Qorxudan kimsə evinə girə bilmir”.