“Binə” ticarət mərkəzində yanğın olub - Yenilənib

“Binə” ticarət mərkəzində yanğın olub
Oxunma sayı: 2729

"Binə" ticarət mərkəzində yanğın olub.

“Qafqazinfo”  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə" ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. 

Əlavə məlumat veriləcək.

***

Məlumata görə, ümumi sahəsi 40 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb. Bitişik digər anbarlar yanğından mühafizə olunub. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi