Binədə ərzaq oğurlandı

binede-erzaq-ogurlandi
Oxunma sayı: 641

Oktyabrın 10-u Lökbatan qəsəbəsi 28 may küçəsində qəsəbə sakinləri Səydulla Əliyev idarə etdiyi “Niva-21214” markalı avtomobillə piyada Ağakərim Qaraqadayevi vurub, nəticədə piyada xəsarətlə KTM-ə daxil olub və orada ölüb.

Ötən ay Binə südçülük sovxozunda yaşayan Rüzgar Məcnunovaya məxsus mağazadan ərzaq malları oğurlanıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Mikayıl Yunusov və Rəhman Hümbətov dünən tutulub.

Avqustun 20-də İ. Mustafayev küçəsində dövlət nömrə nişanı olmayan “VAZ-2107” markalı avtomobildə olan şəxs Bakı şəhər sakini Hüseyn Hüseynzadənin mobil telefonunu alıb və qaytarmayıb. Suraxanı RPİ CAŞ, 32-ci PB və Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Bəhruz Aslanov dünən tutulub.