Binədə fəaliyyət göstərən marşrut bağlandı

binede-fealiyyet-gosteren-marsrut-baglandi
Oxunma sayı: 1754

Sabahdan etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

"Qafqazinfo" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin 20.11.2018 tarixli müvafiq sərəncamına əsasən 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin müvəqqəti istismarına dair “Ayşən LTD” MMC ilə imzalanan müqaviləyə də xitam verilib.

Məlumat üçün bildiririk ki, 160 nömrəli şəhərətrafı və 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Binə qəsəbəsi daxilində tam olaraq üst-üstə düşürdü.