“Binə”də külək reklam lövhəsini aşırdı - Yaralanan var+ Yenilənib

binede-kulek-reklam-lovhesini-asirdi
Oxunma sayı: 3775

Güclü külək nəticəsində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə bu gün “Binə” ticarət mərkəzində baş verib. Hadisə yerinə təcili yardım çağırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, orta yaşlı kişi müştərək travma alıb. Hazırda vəziyyəti orta-ağırdır.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qalır.

O, ölkədə bu gün gecədən davam edən güclü küləyin fəsadları ilə bağlı xəstəxanalara başqa hər hansı müraciətin daxil olmadığını söyləyib.