“Binə”dəki yanğınla bağlı - Rəsmi açıqlama

binedeki-yanginla-bagli-resmi-aciqlama
Oxunma sayı: 675

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan şüşə-alkopan konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları içərisindəki mallar və yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi, "QAZEL" markalı yük avtomobilinin banı, "FORD" markalı mikroavtobusun mühərrik hissəsi yanmışdır. Yanğın zamanı yüksək temperaturdan yaxınlıqdakı digər mağazanın şüşələri partlayıb.

Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 00:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.