"Binə"dən oğurluq edənə cəza verildi

bineden-ogurluq-edene-ceza-verildi
Oxunma sayı: 648

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Cəlil Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rauf Əliyevin icraatında olan prosesdə hökm oxunub.

C.Cəlilova son söz demək təklif edilib. O "8 aydır içəriəyəm, çöl şəraitində olsaydım, ziyanı ödəyərdim" deyib.

Məhkəmə kollegiyasının hökmü ilə C.Cəlilov 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, C.Cəlilov "Binə" Ticarət Mərkəzində yerləşən konteynerlərdən 13 min 346 manatlıq məhsul oğurlayıb. C.Cəlilov dəyən ziyandan 6200 manat ödəyib, lakin 7146 manat ödənməmiş qalıb.

C.Cəlilov 2016-cı il dekabrın 22-də həbs edilib.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Murad Əhməd