“İnək kimi olmuşam...”

inek-kimi-olmusam
Oxunma sayı: 724

Türkiyədə yaşayan və dünyaya övlad gətirmək üzrə olan azərbaycanlı model Günay Musayeva sosial şəbəkələrdəki yazışmalarında maraqlı açıqlamalar verib. Milli.Az-ın məlumatına görə, belə yazışmalardan biri də Günay Musayeva ilə azərbaycanlı müğənni Günel Zeynalova (“Azəri qızı”) arasında olub.

Yazışmalardan belə aydın olur ki, Günel Bakıdadır və İstanbula qayıtdıqdan sonra Günayla görüşmək niyyətindədir. Tərəflərin yazdıqlarını olduğu kimi təqdim edirik:

Günel Zeynalova: Günkaaaa…

Günay Musayeva: Ay caan…

Günel Zeynalova: Quzum. Necəsən, ay gözəl mama?

Günay Musayeva: Caan. Yaxşıyam ürəyim, sən necəsən? Bakıdasan hələ?

Günel Zeynalova: Hə, aşkım, buradayam. Gələcəm, doğmadan yeməklər yeyəcəyik mütləq.

Günay Musayeva: :))) Yeyək, həyatım. Onsuz da inək kimi olmuşam. Bəbiş gəlmədən azəri plovu, bozbaşı, yarpaq dolması yeyək, gözüm arxada qalmasın :))).

Günel Zeynalova: Mütləq, canım. Gələn kimi, Allah qoysa. Quzu, özünə diqqət elə.

Günay Musayeva: Sən də ürəyim, öpürəm.