İnək mətbəxə düşdü

inek-metbexe-dusdu
Oxunma sayı: 654

Türkiyənin Edirnə vilayətində qeyri-adi hadisə baş verib.
Vilayətin Enez rayonunda tövlədən qaçan inək qonşunun damına çıxıb.
Məlumata görə, yolla eyni səviyyədə olan evin damı inəyin ağırlığına tab gətirməyərək uçub.
İnək isə uçan damdan evin mətbəxinə düşüb.
Mətbəxdə heç kimin olmaması hər hansı bir tələfatın qarşısını alsa da, inəyin sağ ayağı sınıb.
İnəyini təhvil götürən sahibi isə evə dəymiş ziyanı qarşılayacağını bildirib.
islamazeri.az