Binəli Yıldırım ABŞ-a gedir - Gündəmdə vacib mövzular var

bineli-yildirim-abs-a-gedir
Oxunma sayı: 1248

Türkiyənin Baş naziri Binəli Yıldırım noyabrın 7-də ABŞ-a səfər edəcək.

“Qafqazinfo” Anadolu agentliyinə istinadla xəbər verir ki, 7-10 tarixlərində baş tutacaq səfər çərçivəsində Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə görüşəcək.

Görüşdə əsas müzakirə mövzusu FETÖ, PKK/PYD və iki ölkə arasındakı viza probleminin həll edilməsi məsələləri olacaq. Bundan başqa, terrorizmə qarşı mübarizə, qarşılıqlı siyasi, iqtisadi, hərbi əlaqələr və miqrant böhranı da müzakirə ediləcək.

B.Yıldırımın həmçinin Vaşinqtonda və Nyu-Yorkda türkdilli xalqların, eləcə də müsəlman və yəhudi icmalarının təmsilçiləri, media qurumları, sərmayəçilər və iş adamları ilə görüşü nəzərdə tutulub.