“Binəli Yıldırım bəziləri kimi yolunu azmadı” - Ərdoğan

bineli-yildirim-bezileri-kimi-yolunu-azmadi
Oxunma sayı: 3089

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin (TBMM) yeni sədri Binəli Yıldırıma "Şərəf" ordeni verib.

"Qafqazinfo"nun Türkiyə mediasına istinadən məlumatına görə, Ərdoğan medalı təqdim etdikdən sonra Yıldırımla bağlı nitq söyləyib:

"Bu medal fədakarlıqlar qarşısında vəfa borcumuzun nişanəsidir. Digər məqsəd isə yeni layihələrə sövq etməkdir. Son 16 ildə millət vəkili, kommunikasiya naziri və baş nazir olan Binəli bəy bundan sonra Məclisin sədri kimi vəzifəsinə davam edəcək. O, hər dərdimizə, kədərimizə ortaq olub. 40 illik dostluğumuzda bizi tək qoymadığı kimi, bəziləri kimi yolunu da azmadı. Üzərinə götürdüyü hər vəzifəni ləyaqətlə yerinə yetirdi. Gücünü statusundan deyil, gördüyü işlərdən alan biri oldu". 

Ərdoğanın bu sözlərindən sonra B.Yıldırım göz yaşlarını saxlaya bilməyib.