Binəli Yıldırımla Kılıçdaroğlunun fotosu gündəm oldu

Binəli Yıldırımla Kılıçdaroğlunun fotosu gündəm oldu
Oxunma sayı: 1453

Konstitusiya Məhkəməsinin 55-ci ildönümü münasibətilə keçirilən tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri İsmail Kahraman, baş nazir Binəli Yıldırım və CHP lideri Kamal Kılıçdaroğlunun gülərkən çəkilmiş fotosu müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi məlumata görə, şəkli çəkən müxbir siyasətçilər arasındakı söhbətdən yazıb.

“Mərasimin keçirildiyi salona öncə Kılıçdaroğlu, daha sonra Yıldırım və TBMM sədri daxil oldu. Protokola uyğun yanaşı oturan Kılıçdaroğlu ilə Yıldırımın yanında Kahramana yer ayrılmışdı. O, əyləşərkən hər iki liderə  “Sizə qonşu ola bilərəm?” sualını ünvanlayıb və məclis sədri kimi “səsvermə keçirərək” “qəbul edənlər, qəbul etməyənlər, qəbul olunmuşdur” zarafatını edib. Bu isə tərəflər arasında gülüşə səbəb olub”, - deyə müxbir bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi