Binəqədi İcra Hakimiyyəti məktəbdə tədbir keçirdi - Foto

bineqedi-icra-hakimiyyeti-mektebde-tedbir-kecirdi
Oxunma sayı: 2178

Mayın 15-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 100 nömrəli tam orta məktəbdə tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçisi Elnur Məmmədov, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak edib.

İlk olaraq qonaqla məktəbin şagirdlərinin əl işlərindən ibarət rəsm əsərləri və “Tullantıdan sənətə” sərgisi ilə tanış olublar.

Çıxış edən 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova bu kimi sərgilərin əsas məqsədinin uşaqlara ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək olduğunu bildirib. G.Məmmədova yararsız hesab edilərək atılmış əşyalarn, tullantı materiallarının uşaqların əllərində daha səmərəli hal aldığını qeyd edib.

Çıxış edən Aygün Əliyeva ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikada Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunduğunu bildirib. A.Əliyeva iri şəhərlərdə sənaye və məişət tullantılarının uzun illər yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji vəziyyətin yaranmasına səbəb ola biləcəyini qeyd edib. 

Sonda şagirdlərin ifasında şeirlər, mahnılar və səhnəciklər nümayiş olunub.