Binəqədidə iməcilik

bineqedide-imecilik
Oxunma sayı: 2039

Mayın 19-u Binəqədi Rayon İcra Hakimiyyəti, IDEA Ictimai Birliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayonu Gənclər və İdman Idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilmiş ümumrayon iməciliyi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatı, IDEA Ictimai Birliyinin rəhbər heyəti və könüllüləri, Rayon ictimaiyyəti, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri, Binəqədi rayonu Gənclər və İdman Idarəsinin könüllüləri, ASAN könüllülərin iştirakı ilə həyata keçirilən iməcilik zamanı 1000-ə qədər eldar şamı, küknar və tuya dekorativ ağacları, o cümlədən gül kollarının əkilib. Vətənpərvərlik mahnıları sədaları altında keçirilən iməciliyin sonunda iştirakçılar üçün çay süfrəsi verilib