Binəqədidə təhsil konfransı keçirilib

bineqedide-tehsil-konfransi-kecirilib
Oxunma sayı: 882

Binəqədi rayonunda 2018-2019-cu tədris ilinin yekunları münasibətilə keçirilən Imadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş təhsil konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, İlhamə Abdullayeva, Əsgərov millət vəkilləri Aydın Mirzəzadə, Kamaləddin Qafarov, rayonun hüquq-mühafizə orqanlarının və tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfrans məktəblilərin ifasında Azərbaycan şairi, mütəfəkkir "İmadəddin Nəsimi" nin 650 illik yubileyinə həsr edilmiş bədii səhnəcik ilə başlayıb.

Hesabat çıxışından sonra tələbələri təbrik etmək üçün söz 283 saylı məktəbin şagirdi Prezident mükafatçısı Reyhan Camalovaya verilib. Daha sonra bu il keçirilən dövlət imtahanında yüksək balla ali təhil ocaqlarına qəbul olmuş 284 N-li tam orta məktəbin məzunu Aliyə Mütəllibova, 313 № li tam orta məktəbin məzunu Əfrəddin Mustafayev, 182 № li tam orta məktəbin məzunu Ümid Ələkbərov əldə olunan uğurlardan bəhs ediblər.

Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev təhsil müəssisələrində məktəblilərin təlim-tərbiyəsi və onların şəxsiyyət kimi həyata hazırlanmasında fədakarlıqla çalışan, öz fənnini dərs dediyi şagirdlərə dərindən sevdirən müəllimlərimiz çox olduğunu bildirib.

Tədbir ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş tələbələrin ifasında “Bu gözəl vətən bizimdir” adlı musiqi hissəsi ilə başa çatıb.