Binəqədidə təmizlik-abadlıq işləri aparılıb - Foto

Binəqədidə təmizlik-abadlıq işləri aparılıb
Oxunma sayı: 497

Ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Binəqədi rayonunda təmizlik-abadlıq işləri aparılıb.

“Qafqazinfo” xəbər verir ki, Biləcəri Binəqədi yolu, Bakı-Sumqayıt yolu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi, Binəqədi yolu Xırman MMC-nin arxası hissəsi, Gülüstan küçəsi 15-ci döngə, Novxanı yolu, Binəqədi gölünün ətrafı, Binəqədi – Xırdalan yolunun bir hissəsi, M.Ə.Rəsulzadə qəsəbəsi Baksol yaşayış massivi , Biləcəri qəsəbəsi Ordubadi küçəsində yerləşən Su Melorasiya İdarəsinin arxa hissəsi və rayon ərazisində təmizlik aksiyaları keçirilmiş, ərazilər müxtəlif növ tullantılardan, qabaritlərdən təmizlənib

Aksiyanın əsas məqsədi ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub.Ümumilikdə “Təmizlik ayı” çərçivəsində 65 maşın müxtəlif növ məişət tullantılarının daşınması həyata keçirilib, 400 dən çox müxtəlif növ mövsümi ağaclar əkilib. Əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilib. Həmçinin ilboyu həmin ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.

Bundan başqa qəsəbələrdə 978 ədəd zibil konteyneri rənglənmiş, ehtiyac duyulan konteynerlərində təmir-bərpa işləri görülüb. Qanunsuz çəpərlənmiş ərazilərdə müvafiq qaydada təmizləmə işləri həyata keçirilib. Qəsəbə və yaşayış məntəqələrində yerləşən binaların fasadları təmir edilmiş, yol kənarları boyu ağacların tozlardan təmizlənməsi məqsədi ilə yuyulması işləri baş tutub.

“Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun müxtəlif ərazilərində keçirilməsi nəzərdə tutulub.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi