Binəqədidə “Unudulmaz Bakı” konserti keçirilib - Foto

bineqedide-unudulmaz-baki-konserti-kecirilib
Oxunma sayı: 1533

Mayın 22-də Binəqədi rayonunda fəaliyyət göstərən Müslüm Maqomayev adına 26 saylı onbir illik musiqi məktəbinin təşkilatçılığı ilə 28 May- Respublika Günü münasibətilə, “Unudulmaz Bakı” adlı konserti keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyət başçısının müavini Aygün Əliyeva iştirak edib.

Aygün Əliyeva Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuş, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini bildirib. A.Əliyeva xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını bildirib.

O, qədim və zəngin mədəni tarixə malik, müasir, son dərəcə ecazkar və füsünkar Bakının mədəniyyətlər beşiyi olduğunu qeyd edib. O, son illərdə ölkədə keçirilən beynəlxalq idman oyunları və yarışların paytaxtın dünyada tanınmasında mühim yer tutduğunu qeyd edib.

Tədbir Müslüm Maqomayev adına 26 saylı onbir illik musiqi məktəbinin tələbələrinin ifasında müxtəlif musiqi nömrələri ilə davam etdirilib.